RU

"İran Hörmüzdə ABŞ-ni tələyə salıb"

ABŞ-nin regiondakı hərbi gücünə baxmayaraq, Bloomberg agentliyi hesab edir ki, Vaşinqton Hörmüz boğazında üstünlük əldə etməkdə ciddi çətinliklərlə üzləşə bilər.

Musavat.com xəbər verir ki, təhlildə İranın coğrafi mövqeyi və hərbi strategiyasının bu dar və strateji ərazidə ona ciddi üstünlük verdiyi vurğulanır. Hörmüz boğazı dünya enerji daşımalarının əsas marşrutlarından biri hesab olunur və burada nəzarət böyük geosiyasi əhəmiyyət daşıyır.

Agentlik bildirir ki, Tehran sürətli katerlər, raket sistemləri, dəniz minaları və pilotsuz uçuş aparatları kimi asimmetrik vasitələrdən istifadə etməklə daha güclü rəqiblərə qarşı effektiv müdafiə sistemi qurub. Bu isə ABŞ kimi böyük hərbi güc üçün belə əməliyyatların riskini artırır.

Qeyd olunur ki, belə şəraitdə ABŞ-nin istənilən hərbi müdaxiləsi həm baha başa gələ, həm də uzunmüddətli sabitliyi təhlükə altına qoya bilər. Analizdə vurğulanır ki, İran bu strateji nöqtədə nəzarəti saxlamaqla istənilən xarici güc üçün “bahalı qarşıdurma” ssenarisi yaradır.

 

Musavat.com

Избранный
17
50
musavat.com

10Источники