Xəzər dənizində 4,2 maqnitudalı zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 6:52-də qeydə alınıb. Zəlzələ ocağı 36 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, son həftələr Xəzər dənizində seysmoloji aktivlik müşahidə olunur. Belə ki, aprel ayında Xəzərdə hiss olunan 16 zəlzələ qeydə alınıb.