RU

Vüqar İskəndərov: “Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminə verdiyi töhfələri saymaqla bitirmək olmaz”

“XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə fədakar həkim Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak etməklə, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayılmasının qarşısını almışdı”.

O bu xəstəliyin yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyurdu. Zərifə xanımın Azərbaycan tibb elminə verdiyi töhfələri saymaqla bitirmək olmaz. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etmiş oldu”.

Bunu Bizim.Media-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Azərbaycanda oftalmologiya elminin inkişafına səbəb olmuş mühüm əsərlərin müəlifi olan Zərifə xanım Əliyevanın fundamental “Terapevtik oftalmologiya” kitabı indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır:

“Z.Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur. O M.İ.Averbax adına mükafata layiq görülmüş ilk azərbaycanlı qadınıdır. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb.
 

Zərifə xanım Əliyeva həmçinin ölkəmizdə kadr potensialının da inkişafı istiqamətində mühüm işlər görmüşdür. Z.Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır.


Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.

Zərifə xanım dünyadan köçsə də, onun tibb elmimiz üçün verdiyi töhfələr bu gün də öz əhəmiyyətini itirməmişdir. Zərifə xanım Əliyevanı daim biz hörmətlə anırıq və onun fədakarlığı, peşəkar fəaliyyəti gənc nəsil həkimlərimiz üçün bir örnək olmalıdır”.

Bizim.Media

Избранный
15
1
bizim.media

10Источники