RU

VTB (Azərbaycan) 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini - AÇIQLADI

VTB (Azərbaycan) ASC 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən, bankın aktivləri ilin əvvəlindən 6% artaraq 323,97 milyon manata çatıb. Bankın xalis mənfəəti isə 1,73 milyon manat təşkil edib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, məlumata görə, kredit portfelinin ümumi həcmi 254 milyon manatı ötüb. Birinci rübdə biznes kreditləri portfeli 72 milyon manatı keçərək ilin əvvəlindən 7,3% artım nümayiş etdirib. Pərakəndə kredit portfeli isə 6% yüksələrək 117,63 milyon manata çatıb.

Bankın depozit portfeli də artım göstərib. 2026-cı ilin ilk üç ayı ərzində depozitlərin ümumi həcmi 7%-lik artımla 108,64 milyon manata yüksəlib. Hesabat dövründə hüquqi şəxslərin yığımları 15%, fiziki şəxslərin depozitləri isə 4% artıb.

Hesabatda bildirilir ki, bankın məcmu kapitalı 102,3 milyon manatı keçib ki, bu da Azərbaycan Mərkəzi Bankının minimal tələbindən 52,3 milyon manat çoxdur.

Избранный
7
3
fed.az

4Источники