RU

Ayasofyada Bizans bayrağı ilə TƏXRİBAT: Yunan turistlər HƏBS EDİLDİ – VİDEO

İstanbulda Ayasofyada təxribat törədən yunan turistlər saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Daily Sabah” məlumat yayıb.

İstanbulun Ayasofya məscidində insident yaşanıb. Müşahidə kameraları iki yunan turistin məscid daxilində Bizans bayrağını çıxararaq onun fonunda şəkil çəkdirdiklərini lentə alıb.

Polis əməkdaşları 35 yaşlı kişi və 42 yaşlı qadını dərhal saxlayaraq İstanbul Ədalət Sarayına aparıblar.

Məhkəmənin qərarı ilə turistlər həbs ediliblər. Yunanıstan vətəndaşları əhalinin bir hissəsini təhqir etməkdə ittiham olunurlar.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
87
18
interpress.az

10Источники