RU

ABŞ Yaxın Şərqə dəniz yolu ilə 10 mindən çox əsgər göndərir

"The Washington Post" qəzeti ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ Yaxın Şərqə iki dəniz qrupunda 10 mindən çox əsgər göndərir.

Bildirildiyinə görə, ABŞ administrasiyası İranı münaqişəyə son qoyacaq razılığa gəlməyə məcbur etmək üçün regiona əlavə qüvvələr göndəriləcək. Atəşkəs təmin edilməzsə, ABŞ əlavə zərbələr və ya quru əməliyyatları da nəzərdən keçirir.

USS George H.W. Bush təyyarədaşıyan gəmisində və onu müşayiət edən gəmilərdə altı min əsgər var. Yaxın Şərqə çatdıqdan sonra ABŞ komandanlığının orada üç təyyarədaşıyan gəmisi (USS Abraham Lincoln və USS Gerald R. Ford) olacaq.

Daha 4200 nəfər çoxfunksiyalı desant gəmisi olan USS Boxer-in də daxil olduğu amfibiya hücum qrupunun göyərtəsindədir. Qəzet qeyd edir ki, o, ötən həftə Havaydan yola düşüb və iki həftə ərzində Yaxın Şərqə çatması planlaşdırılır.

Qəzet yazır ki, blokada davam edərkən hərbi planlaşdırıcılar daha bir eskalasiyanı - İran ərazisində quru əməliyyatlarını nəzərdən keçirirlər. Buraya İranın nüvə materiallarını ələ keçirmək üçün xüsusi əməliyyat missiyası, Hörmüz boğazına nəzarəti təmin etmək üçün İranın sahil ərazilərinə dəniz piyadalarının desant çıxarılması və ya İran neft sənayesinin əsas mərkəzi olan Xarq adasının ələ keçirilməsi daxil ola bilər.

Qəzet qeyd edir ki, hazırda ABŞ-nin İrana qarşı əməliyyatda 50 min şəxsi heyəti var. Oman körfəzində və Ərəbistan dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinin 10-dan çox gəmisi İran limanlarının blokadasını davam etdirir.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Избранный
43
26
azerbaijan-news.az

10Источники