RU

ABŞ və İran arasında atəşkəs uzadılır Daha iki həftəyə razılıq var...

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ və İran mövcud atəşkəsin 22 aprel tarixindən sonra da uzadılması barədə razılığa gəlib. 

“AzPolitika” bildirir ki, bu barədə “Associated Press“ vasitəçilərə istinadən xəbər yayıb.

Xəbərdə rəsmilərə istinadla qeyd olunur ki, ABŞ və İran arasında atəşkəsin uzadılması istiqamətində vasitəçilik səylərində irəliləyiş var.

Tərəflərin yaxın vaxtlarda yenidən danışıqlar masasına qayıtması gözlənilir. Vasitəçilər 22 apreldə başa çatmalı olan atəşkəsin ən azı daha iki həftə uzadılmasını gözləyir. Onarın sözlərinə görə, hər iki tərəf atəşkəsin uzadılmasına prinsipcə razılıq verib.

Vasitəçilik prosesində iştirak edən rəsmilərdən biri deyib ki, əsas üç mübahisəli mövzu – nüvə proqramı, Hörmüz boğazı və müharibə təzminatları üzrə kompromis təkliflər hazırlanır.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
2
azpolitika.info

10Источники