RU

2030 cu ildə orta illik inflyasiya 5 faizdən aşağı olacaq

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 15 aprel, AZƏRTAC

2027-ci ildə əsas kapitala olan investisiyalarda 5,6 faiz, ortamüddətli dövrdə isə orta illik 2,1 faiz artım olacağı, 2026-cı ildən 2028-ci ilin sonuna doğru neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarında artım proqnozlaşdırılır.

AZƏRTAC Maliyyə Nazirliyinin 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsinə istinadla xəbər verir ki, İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə cari il üzrə 5,5 faiz proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2030-cu ildə 4,6 faiz olacağı gözlənilir. Proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2030-cu ildə 135,4 milyard manata, xərclərinin isə 133,6 milyard manata qədər yüksəlməsi gözlənilir.

İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2027-2030-cu illər üzrə manatın dollara qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
6
azertag.az

10Источники