RU

   Bakı - Tbilisi - Ərzurum kəməri ilə qaz nəqli artıb

 Bu ilin yanvar - mart aylarında Bakı – Tbilisi - Ərzurum (BTƏ) boru kəməri vasitəsilə 5 milyard 653 milyon kubmetr təbii qaz nəql edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 205 milyon kubmetr və ya 3,8 faiz çoxdur. Hesabat dövründə magistral qaz kəmərləri ilə ümumilikdə 11 milyard 125 milyon kubmetr qaz nəql olunub ki, bu da illik müqayisədə 3,3 faiz artım deməkdir. Nəql olunan qazın 50,8 faizi məhz Bakı – Tbilisi - Ərzurum boru kəmərinin payına düşür.

Qeyd edək ki, bu boru kəməri vasitəsilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır. 2006-cı ilin sonunda istismara verilmiş kəmər ilkin mərhələdə “Şahdəniz” layihəsinin birinci fazası üzrə hasil olunan qazın nəqlini təmin edib.

2018-ci ildən etibarən isə “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın Türkiyəyə tədarükü TANAP boru kəməri vasitəsilə həyata keçirilir. Bu isə Azərbaycanın regionun enerji təhlükəsizliyində rolunu daha da gücləndirir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Избранный
7
2
azerbaijan-news.az

7Источники