RU

Birinci rübdə informasiya və rabitə sektoruna investisiyalar iki dəfədən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda informasiya və rabitəsektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri164,5 milyon manat təşkil edib.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 2,1 dəfə çoxdur.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyalarınyekunda xüsusi çəkisi 4,1%-ə bərabər olub.

Dövr ərzində informasiya və rabitə sektoruna yönəldilmişinvestisiyalardan 157 milyon manatı yalnız rabitə sahəsi üzrə olubki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur. Rabitə sahəsi üzrə əsaskapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 3,9%-əbərabər olub.

Qeyd edək ki, 2026-cı ilin yanvar-mart aylarında ölkəniniqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyəmənbələrindən əsas kapitala 4 milyard 49,8 milyon manat və ya2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz çox investisiyayönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi44,6 faiz, qeyri neftqaz sektoruna yönəldilmiş investisiyalarınhəcmi isə 2,2 faiz çox olub.

Ümumi sərmayənin 2 milyard 286,6 milyon manatı və ya 56,5 faiziməhsul istehsalı sahələrinin, 1 milyard 252,8 milyon manatı (30,9faizi) xidmət sahələrinin, 510,4 milyon manatı (12,6 faizi) isəyaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 34,3faizi dövlət, 65,7 faizi qeyridövlət sektorunun sərmayədarlarıtərəfindən qoyulub.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanındəyəri ümumi sərmayənin 72,2 faizini təşkil edib.

Избранный
3
2
az.trend.az

10Источники