RU

Lənkəranda zəncirvari qəza 7 nəfər xəsarət aldı+Foto

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Lənkəran rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza Lənkəran–Boradigah–Masallı magistralında, rayonun Girdəni kəndi ərazisində qeydə alınıb.

Belə ki, Separadi kənd sakini 1996-cı il təvəllüdlü Elmar Cəfərlinin idarə etdiyi “Renault” markalı avtomobil Vilvan kənd sakini 2002-ci il təvəllüdlü Şərif Hüseynzadənin idarə etdiyi “Toyota Prius” markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən “Toyota Prius” digər “Toyota” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Zəncirvari qəza nəticəsində 7 nəfər xəsarət alıb.

Yaralananlar hər iki sürücü, həmçinin Separadi kənd sakinləri — 1977-ci il təvəllüdlü Fuad Şərifov, 1995-ci il təvəllüdlü Ağadadaş Ağazadə, 1978-ci il təvəllüdlü Ramil Məmmədov, eləcə də Vilvan kənd sakinləri — 1999-cu il təvəllüdlü Elşad Musazadə və Ramil Əzimovdur.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onlara zəruri tibbi yardım göstərilib. Vəziyyəti ağır olan Ramil Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib.

Surxay Şahbazov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
9
qafqazinfo.az

10Источники