RU

Berlində 1300-dən çox ev elektriksiz qalıb

Berlində elektrik kəsintiləri səbəbindən 1300-dən çox ev elektriksiz qalıb .

“İki sahil” xəbər verir ki, aprelin 18-də günortadan sonra və axşam saatlarında Berlində elektrik kəsintiləri baş verib.

Məlumatlara görə, 1314 ev təsərrüfatı elektriksiz qalıb. Kəsintilərin dəqiq səbəbi müəyyən edilməyib.

Xatırladaq ki, yanvar ayında da Berlində kabelli körpüdə yanğın baş verdikdən sonra təxminən 50 min ev təsərrüfatı və 2000 müəssisə elektrik enerjisiz qalmışdı. O zaman Berlin və Brandenburqda müxtəlif adlar altında fəaliyyət göstərən solçu anarxist qrup "Vulkan" hücuma görə məsuliyyəti öz üzərinə götürmüşü.

Избранный
20
2
ikisahil.az

5Источники