Vaşinqton, 19 aprel, AZƏRTAC
Bu və ya digər şəkildə sülh razılaşması olacaq.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “ABC News”a müsahibəsində deyib. O bildirib ki, bu, ya asan, ya da çətin yolla baş verəcək.
"Artıq atəş açıldığı üçün onlar atəşkəs razılaşmasını pozublar. Amma o vaxtdan bəri atəş açmayıblar. Görək nə olacaq. Hər şey yaxşı olacaq", - deyə Tramp əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton