RU

Misli Premyer Liqasında son 10 ilin tamaşaçı rekordu yeniləndi

Misli Premyer Liqasında son 10 mövsümün tamaşaçı rekordu qeydə alınıb.

BAKU.WS Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, XXVIII turun "Qarabağ" – "Sabah" matçına (0:1) təsadüf edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı 17 338 tamaşaçı izləyib.

Bu oyunadək əvvəlki rekord da eyni komandaların bu arenadakı görüşünə təsadüf edib. XXII turun 3:3 hesabı ilə bitən qarşılaşmasını 10 361 tamaşaçı izləyib.

XXVIII turun oyununda qeydə alınan nəticə həm də son 10 mövsümün ən yüksək göstəricisidir. Daha çox tamaşaçının izlədiyi sonuncu görüş 2015/2016 mövsümündə baş tutub. 2016-cı il fevralın 14-də Gəncə şəhər stadionunda keçirilən "Kəpəz" – "Qarabağ" oyununa 20 400 nəfər tamaşa edib.

Избранный
5
17
far.az

10Источники