RU

Tehrandan dünyaya neft ultimatumu– "Hörmüz boğazının təhlükəsizliyi pulsuz deyil"

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif, Hörmüz boğazındakı gərginliyi və qlobal enerji bazarını sarsıdacaq sərt bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, Arif "X" sosial şəbəkəsində paylaşdığı mesajda Tehranın boğaz üzərindəki nəzarətini iqtisadi sanksiyalara qarşı silah kimi istifadə edəcəyini açıq şəkildə bəyan edib.

Dünya birjasını təşvişə salan bu bəyanatın və İranın "neft şantajı"nın şok detalları:

Məhəmməd Rza Arif bildirib ki, Hörmüz boğazının təhlükəsizliyini təmin etmək İran üçün "pulsuz" başa gəlmir və bu strateji su yolunun açıq qalması İranın iqtisadi maraqları ilə birbaşa bağlıdır. "İranın neft ixracını məhdudlaşdırıb, digər ölkələrin təhlükəsizlikdə olacağını gözləmək olmaz. Seçim aydındır: ya hamı üçün azad neft bazarı, ya da hamı üçün ciddi itkilər riski", — deyə vitse-prezident vurğulayıb.

O qeyd edib ki, dünya bazarında yanacaq qiymətlərinin sabitliyi yalnız İrana və onun müttəfiqlərinə qarşı tətbiq edilən hərbi və iqtisadi təzyiqlərin tam dayandırılmasından keçir.

Arifin bu çıxışı ABŞ-ın dəniz blokadası nəticəsində 21 gəminin geri qaytarılmasından və neftin qiymətinin yenidən artmağa başlamasından dərhal sonra səslənib. Bu bəyanat həm də aprelin 21-də bitəcək atəşkəsdən sonra İranın boğazı tamamilə bağlamağa və dünya iqtisadiyyatını "enerji şoku" ilə üz-üzə qoymağa hazır olduğunun ən yüksək səviyyədə təsdiqidir. Ekspertlər bu ritorikanı "İranın son gedişi" adlandıraraq, Vaşinqtonun sanksiyaları yumşaltmayacağı təqdirdə qlobal neft krizisinin qaçılmaz olduğunu bildirirlər.

Musavat.com

Избранный
55
50
musavat.com

10Источники