RU

Meksikada piramidaların yaxınlığında baş verən atışmada yaralananların sayı artıb

Meksikadakı Teotihuacan arxeoloji ərazisində baş verən atışmada yaralananların sayı 13-ə çatıb.

Ucnoqta.az bildirir ki, Hökumətin Təhlükəsizlik Kabineti bu barədə sosial mediada məlumat verib.

Bildirilir ki, xəsarət alanlar arasında Kolumbiya, Kanada, Rusiya, Braziliya və ABŞ-dan olan turistlər var. Yaralıların yaşları 6 ilə 61 arasında dəyişib.

Hadisə 20 apreldə məşhur Teotihuacan arxeoloji kompleksində baş verib. Meksika Təhlükəsizlik Kabinetinin məlumatına görə, naməlum silahlı şəxs insanlara atəş açıb. Daha sonra intihar edib.

Избранный
64
50
ucnoqta.az

10Источники