RU

İsrail Baş Qərargah rəisi: İranın ambisiyalarına imkan verməyəcəyik

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir Qüdsdə Qərb Divarı önündə keçirilən Xatirə Günü mərasimində bildirib ki, İsrail ordusu İrana yəhudi dövlətinə qarşı ambisiyalarını həyata keçirməyə imkan verməyəcək.

Bizimyol.info xəbər verir ki, Zamir qeyd edib ki, son dövrdə hərbi əməliyyatlar bir sıra strateji nəticələr verib. O, HƏMAS tərəfindən girov götürülmüş şəxslərin azad olunmasını, Qəzza sektoruna və Suriya istiqamətində yeni təhlükəsizlik zonalarının yaradılmasını, həmçinin Livanda şimal icmalarının təhlükəsizliyinin bərpası üçün həyata keçirilən əməliyyatları vurğulayıb.

Baş Qərargah rəisi əlavə edib ki, İsrail İran rejiminə qarşı “müqayisəsiz kampaniya”ya başlayıb. Onun sözlərinə görə, İran illərdir ölkənin məhv edilməsinə dair planlar hazırlayır və onları həyata keçirmək imkanları yaradır.

“Biz güclü zərbə endirdik və rejimin planlarını alt-üst etdik. Gələcəkdə də müdafiədə duracağıq, İrana ambisiyalarını həyata keçirməyə imkan verməyəcəyik və İsrailin əbədiliyini təmin edəcəyik”, — deyə Zamir bildirib.

O, eyni zamanda, əsasən hərbi xidmət keçməyən ultraortodoks icmaya müraciət edərək vurğulayıb ki, ölkənin təhlükəsizliyinə bütün cəmiyyət təbəqələrinin birgə iştirakı vacibdir.

Baş Qərargah rəisinin sözlərinə görə, indiki kampaniya göstərdi ki, hərbi güc daxili dəyişikliklər olmadan mümkün deyil və milli həmrəylik dövlətin mövcudluğu üçün əsas şərtdir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
43
28
icma.az

10Источники