RU

İki ölkədən Bakıya qarşı arzuolunmaz addım Planın arxasında kim dayanır?

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Həmçinin oxuyun:

Milli Məclis Avropaya açıq mesaj göndərdi: “Bu, sülh prosesinə təxribatdır”

Niderland və Belçika parlamentlərinin nümayəndələr palataları yenidən Azərbaycan əleyhinə qətnamələrlə gündəmə gəliblər. Aprelin 16-da Niderland parlamentinin nümayəndələr palatası deputat Don Sederin təklifi ilə Azərbaycana qarşı cinayətlər törətməkdə təqsirli bilinərək həbs edilən erməni əsilli şəxslərlə bağlı və qondarma “erməni soyqırımı”nın tanınması haqqında sənədlə hökumətə müraciət edib.

Elə həmin gün Belçika parlamentinin nümayəndələr palatası deputat Mişel de Maqdanın oxşar məzmunlu müraciət sənədini qəbul edib. Sənəddə həmçinin Azərbaycanı könüllü tərk etmiş Qarabağ ermənilərinin geri qaytarılması tələb olunur.

Prosesin arxasında birbaşa erməni diasporunun olduğu iddia edilir. Xüsusilə İrəvan və Bakı arasında danışıqlar prosesinin uğurla davam etməsi, sülhə yaxınlaşılması diasporu aktivləşdirib.

Globalinfo.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, Ermənistanda parlament seçkiləri öncəsi radikal diaspora elementləri anti-Azərbaycan kampaniyaları aparır:

“Bu, dolayısı ilə Ermənistanda olan proseslərə aiddir. Ümumiyyətlə, baş nazir Nikol Paşinyan özü də belə kampaniyalara qarşıdır. Yaxın zamanda Fransada erməni diasporunun bir konqresi keçirilib. Orada Qarabağ, Erməni kilsəsinin qorunması kimi bir sıra məsələlər müzakirə edilib, həmçinin Paşinyan tənqid olunub. Seçki öncəsi bəzi Avropa ölkələrindəki diaspor nümayəndələri yerli deputatlardan istifadə edib belə addımlar atırlar.

Fərid Şəfiyev 

Əslində, deputatlara diasporun dəstəyi lazımdır. Nəticə olaraq diaspor da bundan istifadə edir. Belçika və Niderland kimi ölkələrdə erməni diasporu güclüdür. Amma qeyd etmək lazımdır ki, nə Don Sederin, nə də Mişel de Maqdanın bu proseslərdən xəbəri yoxdur. Fikrimcə, bu fəaliyyətlərin heç bir nəticəsi olmayacaq. Müəyyən qədər Ermənistanda hiss edilə bilər”.

Turan Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
50
globalinfo.az

10Источники