RU

Bu mənim karyeramda son addım olacaq Hans Diter Flik

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik klubdakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, alman mütəxəssisin sözlərini "Mundo Deportivo" belə çatdırıb:

"Bu mənim karyeramda son addım olacaq. Hə, mən müqavilə yeniləmək istəyərdim, amma indi bu barədə danışmaq üçün uyğn zaman deyil. Hamı bilir ki, "Barselona"da olmaqdan məmnunam. Lakin mən hər şeyi ailəmlə də müzakirə etməliyəm".

Daha öncə "Barselona"nın sözügedən mütəxəssisə 1+1 illik yeni saziş təklif edəcəyi ilə bağlı məlumatlar dərc edilib. Flikin "blauqrana" ilə indiki anlaşmasının müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2024-cü ilin may ayının 29-dan indiki postundadır.

Toğrul  

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
57
32
fanat.az

10Источники