RU

İran İslamabad danışıqları ilə bağlı mövqeyini açıqladı

İran tərəfi İslamabadda ABŞ ilə keçiriləcək mümkün danışıqlarla bağlı mövqeynə aydınlıq gətirib. Metbuat.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai CNN-ə açıqlamasında danışıb. Onun sözlərinə görə, Tehranın tərəddüd etməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. Bəqai bildirib ki, əsas problem ABŞ administrasiyasının ziddiyyətli yanaşması və atdığı addımlardır. Diplomat qeyd edib ki, Vaşinqtondan gələn mesajların uyğunsuzluğu danışıqlar prosesinə mənfi təsir göstərir. O vurğulayıb ki, bu vəziyyət İranın qərarına birbaşa təsir edir.

Bəqai əlavə edib ki, ABŞ daha konkret və nəticəyə hesablanmış mövqe nümayiş etdirəcəyi halda, İran danışıqlarda iştirak məsələsinə yenidən baxa bilər.

Избранный
55
50
metbuat.az

10Источники