RU

“Real” evdə “Alaveş”i məğlub etdi

İspaniya La Liqasının 33-cü turunda Madrid “Real”ı öz meydanında “Alaveş”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Santyaqo Bernabeu” stadionunda keçirilən qarşılaşma Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 30-cu dəqiqədə Kilian Mbappe açıb. 50-ci dəqiqədə Vinisius Junior fərqi artıraraq “Real”ı iki top fərqi ilə önə keçirib. Görüşün 90+3-cü dəqiqəsində Toni Martines fərqlənərək yekun nəticəni müəyyənləşdirib.

Bu qələbədən sonra “Real” 32 oyundan 73 xal toplayaraq turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. “Alaveş” isə 33 xalla 17-ci yerdədir.

Növbəti turda “Real” 24 apreldə səfərdə “Betis”lə qarşılaşacaq. “Alaveş” isə bir gün sonra evdə “Malyorka”nı qəbul edəcək.

Избранный
170
24
90deqiqe.az

10Источники