RU

Kürdə suyun səviyyəsi artıb, Zərdabda bəzi yerləri su basıb - Foto

Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində son günlər suyun səviyyəsində artım müşahidə olunur. Hazırda yaşayış məntəqələri üçün ciddi təhlükə yoxdur...

Bu barədə APA-nın yerli bürosuna rayon Fövqəladə Hallar Komissiyasının sədri Ramo Hacıyev məlumat verib. Komisiya sədri bildirib ki, Kürün mühafizə bəndinə qədər olan subasar ərazilər su altında qalsa da, hazırkı vəziyyət təhlükəli hədd hesab edilmir. Kürdə suyun səviyyəsinin təhlükəli həddə çatması üçün suyun hazırkı səviyyədən təxminən 1–1,5 metr yüksəlməsi lazımdır.

Qeyd edilib ki, subasar ərazilərdə əsasən əkin sahələri yerləşir. Bundan əlavə, 1960–1970-ci illərdə tikilmiş 2 fərdi yaşayış evinin həyətinə və zirzəmilərinə su dolub. Anoloji vəziyyət hər il həmin evlərdə suyun səviyyəsinin artdığı dövrlərdə baş verir. Eyni zamanda, mühafizə bəndi ilə Kür çayı arasındakı əkin sahələri də su altında qalıb. Buna baxmayaraq, əsas mühafizə bəndi üçün hər hansı təhlükə yoxdur. Komissiya sədrinin sözlərinə görə, rayonun Əlibəyli kəndi ərazisində bəndin daxilində, Kürə yaxın hissədə yerləşən iki ev üçün suyun qalxması nəticəsində qismən təhlükə yaranıb. Artıq həmin ailənin təhlükəsizliyi məqsədilə qohumlarının evinə köçürülməsi təmin edilib.

Hazırda isə yaşayış məntəqələri üçün ciddi təhlükə qeydə alınmayıb və vəziyyət nəzarət altındadır.

Poliqon.info

Избранный
35
1
poliqon.info

10Источники