RU

Urmiyada məşhur zavod bağlandı: 1500 nəfər işsiz qaldı

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində yerləşən "Maral" qoşqu istehsalı zavodu fəaliyyətini dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Zavodun bağlanması nəticəsində 1500 nəfərin işini itirdiyi bildirilib.

İşçilərin müraciətlərinə baxmayaraq, zavodun fəaliyyətinin dayandırılmasının səbəbləri və yenidən açılıb-açılmayacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, "Maral" qoşqu zavodu İranın ən böyük qoşqu istehsalçılarından biridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
84
2
axar.az

3Источники