RU

14 gəmi Fars körfəzində qalır, İranla danışıqlar aparılır Hindistan

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Fars körfəzində Hindistana məxsus 14 gəmi hələ də qalmaqdadır.

Redaktor.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval brifinqdə məlumat verib.

Onun sözlərinə görə, Yeni Dehli Hörmüz boğazından təhlükəsiz keçidlərin təmin edilməsi üçün İran tərəfi ilə sıx əlaqə saxlayır.

“Son həftələrdə Hindistan bayrağı altında üzən 10 gəmi Hörmüz boğazından keçib. Hazırda isə 14 gəmi hələ də Fars körfəzindədir. Biz onların təhlükəsiz şəkildə bölgədən çıxaraq Hindistana qayıtmasını təmin etmək üçün İranla əlaqədəyik”, – deyə o bildirib.

Qeyd olunub ki, Hindistan diplomatik kanallar vasitəsilə vəziyyətin həlli üçün danışıqları davam etdirir.

Xatırladılıb ki, son aylarda regionda gərginlik artıb və bu, dəniz nəqliyyatına da təsir göstərib.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
39
redaktor.az

10Источники