RU

64 yaşlı kişi işdən evə gec gələn arvadını döydü Təfərrüat

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Şəmkir rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabr ayında rayonun kəndlərindən birində qeydə alınıb. 64 yaşlı Şahin (adlar şərtidir) evdə arvadı Gülnarla mübahisə edərkən ona qarşı güc tətbiq edib. Yumruq zərbəsi nəticəsində qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Məlum olub ki, hər iki şəxs dövlət müəssisəsində çalışır. Münaqişənin yaranmasına isə qadının işdən evə gec gəlməsi səbəb olub. Boşanma ərəfəsində olduqlarını deyən Şahin ifadəsində son vaxtlar münasibətlərinin pisləşdiyini və həmin gün əsəblərini cilovlaya bilmədiyini etiraf edib.İş üzrə ifadə verən Şahin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Gülnar onun arvadıdır: “Biz birlikdə Şəmkir rayonunun kəndində yaşayırıq. Hazırda boşanma ərəfəsindəyik. Əvvəllər münasibətlərimiz yaxşı olsa da, son vaxtlar münasibətlərimiz pozulub. Mən Gülnarın evə gec gəlməsindən narazıyam. Məlum hadisə günü saat 13 radələrində yaşadığımız evdə olarkən yenə Gülnarla onun evə gec gəlməsinə görə narazılığımız oldu. Aramızda mübahisə baş verdi. Mən əlim ilə Gülnarı vurdum”. Şəmkir Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarı tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
49
31
demokrat.az

10Источники