RU

“Fadime” məhkəməyə müraciət etdi

“Taşacak Bu Deniz” serialının sevilən aktrisası Zeynep Atılgan internet mühitində ona qarşı edilən təhqiramiz paylaşımlara görə rəsmi hüquqi prosesə başladığını açıqlayıb.

Musavat.com xəbər verir ki, gənc aktrisa xüsusilə sosial mediada şəxsi sərhədləri aşan ifadələrə qarşı vəkilləri ilə birlikdə hərəkətə keçdiyini bildirib.

Aktrisa qeyd edib ki, rəqəmsal platformalar heç kimə başqalarını təhqir etmək azadlığı vermir. Serialda canlandırdığı “Fadime” obrazı ilə geniş tamaşaçı auditoriyası qazanan Atılgan bu cür davranışların cəzasız qalmaması üçün hüquqi yollara müraciət etdiyini vurğulayıb.

Bundan əlavə, o, məhkəmə prosesi nəticəsində əldə olunacaq bütün mənəvi təzminatın Türkiyə Təhsil Vəqfi (TEV) fonduna ianə ediləcəyini açıqlayıb.

Aktrisanın vəkilləri tərəfindən yayılan bəyanatda deyilir:

“Son günlər sosial media platformalarında müvəkkilləri Zeynep Atılgan haqqında yayılan bəzi paylaşımlar və şərhlərlə bağlı bu açıqlamanın verilməsi zəruri hesab olunub”.

Qeyd olunur ki, rəqəmsal mühit heç kimin “öz məhkəməsini quraraq” hökm çıxara biləcəyi, bir qadının şəxsi həyatının ölçüsüz şərhlər və kütləvi hədəfə alma kampaniyasına çevrilə biləcəyi qanunsuz bir sahə deyil.

Aktrisa haqqında qadın kimliyi və şəxsi həyatı üzərindən aparılan hücumların ifadə azadlığı və tənqid sərhədlərini aşaraq Türkiyə Cinayət Məcəlləsi çərçivəsində təhqir, böhtan və şəxsi həyatın toxunulmazlığının pozulması kimi cinayət tərkibi daşıdığı bildirilib.

Açıqlamada həmçinin qeyd olunub ki, Atılganın şəxsi hüquqlarını pozan bütün paylaşımlar və bu “linç” kampaniyasına dəstək verən istifadəçilərlə bağlı sübutlar toplanıb və hüquqi prosedurlar diqqətlə hazırlanır.

Könül
Musavat.com

Избранный
48
10
musavat.com

10Источники