RU

Son anda zolaq dəyişən sürücü qəza şəraiti yaradıb özünə haqq qazandırdı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Sabunçu–Zabrat yolunda qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 4-də saat 11:18 radələrində qeydə alınıb. Kadrlardan göründüyü kimi, 77-GH-055 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü manevr qaydalarını pozub. Belə ki, hərəkət istiqamətini dəyişmək istəyən sürücü sağa manevr edib və bu zaman həmin zolaqdakı nəqliyyat vasitəsinə qəza şəraiti yaradıb.

Təhlükə ilə üzləşən sürücü dəfələrlə siqnal verərək qarşı tərəfə xəbərdarlıq etsə də, qayda pozan sürücü hərəkətinə davam edib. Hadisədən sonra sürücü qayda pozan şəxsə iradını bildirib. O isə törətdiyi xətaya haqq qazandıraraq sürücünü daha da əsəbiləşdirib. 

Qeyd edək ki, hərəkət istiqamətini dəyişmək istəyən sürücü öncədən düzgün zolaqda yerləşməli və manevr etməzdən əvvəl zolağın boş olduğuna əmin olmalıdır.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
110
23
avtosfer.az

10Источники