RU

Azərbaycan və Lüksemburq XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Bakı. Trend:

24 aprel tarixində Lüksemburqda Azərbaycan Respublikası iləLüksemburq Böyük Hersoqluğunun Xarici İşlər Nazirlikləri arasındasiyasi məsləhətləşmələr keçirilib.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən (XİN) məlumatverilib.

Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlərnazirinin müavini Fariz Rzayev, Lüksemburq tərəfinə isə bu ölkəninXarici və Avropa İşləri Nazirliyinin Siyasi Departamentinin rəhbəriVeronik Dokendorf rəhbərlik edib.

Məsləhətləşmələr zamanı tərəflər ikitərəfli əməkdaşlıqməsələləri üzrə geniş fikir mübadiləsi aparıblar. Bu çərçivədəsiyasi əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri,konsulluq sahəsində əməkdaşlıq, iqtisadi münasibətlər, habelətəhsil, elm və mədəniyyət sahələrində humanitar əlaqələr nəzərdənkeçirilib.

Tərəflər davamlı siyasi dialoqun təmin olunması baxımındanqarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsindətəmasların əhəmiyyətini vurğulayıblar.

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədənnamizədliklərin qarşılıqlı dəstəklənməsi məsələləri müzakirəolunub.

Məsləhətləşmələr zamanı regionda mövcud vəziyyət,Ermənistan–Azərbaycan normallaşma prosesi, işğaldan azad edilmişərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurmavə minatəmizləmə işləri, eləcə də qarşılıqlı maraq doğuranbeynəlxalq məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində F.Rzayev həmçinin Lüksemburqda bir sıraişgüzar görüşlər keçirib, eləcə də Lüksemburq Universitetindədəyirmi masa formatında təşkil olunan müzakirələrdə iştirakedib.

Избранный
82
27
az.trend.az

10Источники