RU

Tramp kral III Çarlzla İranı və NATO-nu müzakirə edəcək

ABŞ prezidenti kralın Vaşinqtona gözlənilən səfəri zamanı İran, NATO və Böyük Britaniyanın rəqəmsal xidmətlər vergisini gündəmə gətirəcəyini bildirib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Böyük Britaniya kralı III Çarlzla qarşıdakı görüşündə NATO və ABŞ-ın İrana qarşı əməliyyatı ilə bağlı mövzuları müzakirə edəcəyini açıqlayıb. Reuters Agentliyinin verdiyi məlumata görə, Tramp jurnalistlərə “Hər şeydən danışacağam” deyə bildirib. Agentlik vurğulayır ki, İran, NATO və Böyük Britaniyada rəqəmsal xidmətlərə qoyulan vergi ABŞ liderinin görüş zamanı qaldırmağı planlaşdırdığı mövzular sırasındadır.

Tramp kral haqqında danışarkən “O mənim dostumdur, əla oğlandır” ifadəsini işlədib. ABŞ prezidenti III Çarlz və kraliça Kamillanın ABŞ-a dövlət səfərinin aprelin 27-dən 30-dək planlaşdırıldığını əvvəllər elan edib. Bu səfər kralın taxta çıxdıqdan sonra ABŞ-a ilə rəsmi səfəri olacaq.

Qeyd edək ki, Böyük Britaniyanın rəqəmsal xidmətlər vergisi (DST) böyük texnoloji şirkətlərin ölkədə əldə etdiyi gəlirlərdən tutulur və bu vergi ABŞ-ın bir sıra iri korporasiyalarını, o cümlədən Google, Amazon və Facebook-u əhatə edir. Vaşinqton dəfələrlə bu verginin amerikan şirkətlərinə qarşı ayrı-seçkilik xarakteri daşıdığını bəyan edib. Tramp administrasiyası əvvəlki dövrlərdə də rəqəmsal vergi ilə bağlı Birləşmiş Krallıqla gərginlik yaşamışdı.

Bundan əlavə, Trampın İrana qarşı Amerikan əməliyyatı ilə bağlı açıqlaması regionda gərginliyin artması fonunda verilib. Son həftələrdə ABŞ-ın İranın nüvə proqramı və yaxın Şərqdəki fəaliyyəti ilə əlaqədar təzyiqləri intensivləşib. Kral III Çarlzla görüşdə bu məsələlərin də müzakirə olunacağı gözlənilir.

Poliqon.info

Избранный
43
22
poliqon.info

10Источники