Azərbaycan deflimpiyaçıları Türkiyənin İstanbul şəhərində təşkil edilmiş karate üzrə şotokan dünya çempionatında 3 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıblar.
Apasport.az xəbər verir ki, WSF versiyasında baş tutan yarışda ölkə 10 deflimpiyaçı ilə təmsil olunub.
Hikmət Ağayev (+18 yaş, 75 kq, kumite), Sahib Sahibli (+18 yaş, +75 kq, kumite) və Yusif Əzimzadə (14–17 yaş, 60 kq, kumite) qızıl mükafata sahib çıxıblar.
Aytən Qədirova (kata) və Nizaməddin Əzimzadə (14–17 yaş, 60 kq, kumite) yarışı gümüş medalla başa vurublar.
Əliəkbər Əlizadə (+18 yaş, 75 kq, kumite) və Elnur Qasımzadə (+18 yaş, +75 kq, kumite) bürünc medal qazanıblar.
Bakıda “Grand Prix” beynəlxalq karate turniri keçiriləcək
Azərbaycan karateçisi beynəlxalq turnirdə çempion olub
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Azərbaycan Karate Federasiyası “Apasport”u mükafatlandırıb
Karateçimiz Tbilisidə keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb