RU

Yamal ayın ən yaxşı oyunçusu mükafatına görə Ronaldonu keçdi

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Barselona”nın cinah hücumçusu Lamin Yamal La Liqada dördüncü dəfə ayın ən yaxşı oyunçusu seçilib.

Yeniavaz.com xəbər verir ki, bu göstərici ilə o, “Real Madrid”in keçmiş hücumçusu Kriştianu Ronaldonu geridə qoyub.

Belə ki, Ronaldo bu mükafatı üç dəfə əldə edib.

Yamal 2024-cü ilin sentyabrında, 2025-ci ilin noyabr və dekabrında, eləcə də 2026-cı ilin aprelində La Liqanın ən yaxşı oyunçusu olub. Ronaldo isə bu mükafatı 2013-cü ilin noyabrında, 2015-ci ilin may ayında, həmçinin, 2017-ci ilin may ayında qazanıb.

Qeyd edək lki, Ronaldo 2009-cu ildən 2018-ci ilə qədər “Real Madrid”də çıxış edib.

Xatırladaq ki, La Liqanın ən yaxşı oyunçusu mükafatı 2013-cü ildən təqdim olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
49
1
yeniavaz.com

2Источники