RU

Ağız yaxalama mayeləri ürəyə zərər verirmi?

Ağız yaxalama mayelərinin ürəyə zərərli olması ilə bağlı yayılan xəbərlərə mütəxəssislər aydınlıq gətirib. Belə ki, ağız boşluğundakı bəzi faydalı bakteriyalar tərəvəzlərdən aldığımız maddələri qan təzyiqini tənzimləyən qazlara çevirir. İddia olunur ki, yaxalama mayeləri bu bakteriyaları məhv edərək təzyiqi yüksəldir. Lakin araşdırmalar göstərir ki, hər yaxalama mayesi eyni deyil.

“Science Alert” portalının məlumatına görə, təzyiqə mənfi təsir edə biləcək vasitələr, əsasən, həkimlərin diş əti xəstəlikləri üçün yazdığı çox güclü antiseptiklərdür. Mağazalardan aldığımız adi, gündəlik istifadə edilən yüngül mayelərin ürəyə zərər verdiyinə dair ciddi bir sübut yoxdur. Əksinə, 19 illik bir araşdırma göstərib ki, dişləri müntəzəm fırçalamaq ürək xəstəlikləri riskini azaldır.

Mütəxəssislər məsləhət görürlər ki, gündəlik istifadə üçün alkoqolsuz və yüngül tərkibli mayelər seçilsin. Güclü antiseptikləri isə yalnız həkim tövsiyəsi ilə istifadə etmək lazımdır. Əsl təhlükə yaxalama mayesi deyil, müalicə olunmayan diş infeksiyalarıdır, çünki onlar ürək üçün daha böyük risk yaradır.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
10
32
azerbaijan-news.az

10Источники