RU

Şabranda sel körpünü uçurub FOTO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Şabran rayonunda yağan güclü yağışlar nəticəsində gələn sel Xəlfələr kəndində körpünü uçurub. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, kəndin bir hissəsinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Rayon mərkəzindən 11 kilometr məsafədə yerləşən kənd Dəvəçi çayının hər iki sahilində, dağların ətəyində yerləşir. Son günlər yağan intensiv yağışlar nəticəsində Dəvəçi çayında suyun səviyyəsi artıb və çayın hər iki sahilini birləşdirən körpü dağılıb. Nəticədə kəndin digər hissəsinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
6
avtosfer.az

8Источники