RU

"Fənərbaxça" baş məşqçini istefaya göndərdi

Türkiyə futbol klubunun mətbuat xidməti Domeniko Tedeskonun "Fənərbaxça"nın baş məşqçisi vəzifəsindən azad edildiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, Zeki Murat Gele mövsümün sonuna qədər müvəqqəti məşqçi vəzifəsini icra edəcək.

Tedeskonun istefası "Fənərbaxça"nın Türkiyə liqasında "Qalatasaray"a ağır məğlubiyyətindən (0-3) sonra baş tutub. Liqanın bitməsinə üç tur qalmış "Fənərbaxça" "Qalatasaray"dan yeddi xal geridə qalaraq ikinci yerdədir.

İtalyan əsilli 40 yaşlı alman Tedesko 2025-ci ilin may ayında "Fənərbaxça"nın baş məşqçisi vəzifəsinə təyin olunub.

Избранный
15
50
ucnoqta.az

10Источники