RU

Malikanənin yaxınlığında gəmi saya oturdu İstanbul boğazı bağlandı Foto

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qara dənizdən İstanbul boğazına daxil olan Türkiyə bayrağı altında üzən “KAPPA” adlı konteyner gəmisi Yeniköy sahilində yerləşən malikanəyə yaxın ərazidə saya oturub.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, hadisə nəticəsində İstanbul boğazında dəniz nəqliyyatı təhlükəsizlik səbəbindən hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.

İstanbuldan İzmit istiqamətində hərəkət edən 147,87 metr uzunluğunda və 23 metr enində olan gəminin sahilə və sahil malikanələrinə çox yaxın nöqtədə dayanması ərazidə narahatlığa səbəb olub.

Hadisədən sonra Sahil Təhlükəsizliyi Baş İdarəsinə bağlı qruplar dərhal əraziyə cəlb olunub. Xilasetmə işlərinə “Kurtarma-5” yedək gəmisinin də qoşulduğu bildirilir. Qruplar gəminin təhlükəsiz şəkildə yerindən çıxarılması üçün intensiv iş aparır.

Hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib, ətraf ərazi nəzarətə götürülüb. Xilasetmə əməliyyatlarının davam etdiyi qeyd olunur.

Qəza və aparılan əməliyyatlar dron vasitəsilə havadan da qeydə alınıb.

Boğazda gəmi hərəkətinin müvəqqəti dayandırıldığı və vəziyyətin nəzarət altında olduğu açıqlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
39
qafqazinfo.az

10Источники