RU

ABŞ və İran arasında sülhün ilk mərhələsi müharibədən əvvəlki status-kvoya qayıdış ola bilər

Danışıqlarda ilkin məqsəd Hörmüz boğazının məhdudiyyətsiz və rüsumsuz açılmasıdır...

ABŞ və İran arasında mümkün sülh sazişinin ilk mərhələsi müharibədən əvvəl mövcud olan status-kvonun bərpasına yönələ bilər.

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Telekanalın jurnalistləri bildirirlər ki, Vaşinqton və Tehran Pakistanda danışıqların ikinci raundu üçün görüşməsələr də, tərəflərin mövqeləri göründüyü qədər uzaq deyil.

Məlumata görə, pərdəarxası intensiv diplomatik təmaslar davam edir və hazırkı müzakirələr mərhələli proses üzərində cəmlənib. Potensial razılaşmanın birinci hissəsi müharibədən əvvəlki vəziyyətə qayıdışı, eləcə də Hörmüz boğazının heç bir məhdudiyyət və rüsum olmadan açılmasını nəzərdə tutur.

İranın nüvə proqramı məsələsinin isə daha sonrakı mərhələdə müzakirə olunacağı bildirilir. Qeyd olunur ki, həm ABŞ, həm də İsrail bu məsələni hərbi əməliyyatların əsas səbəbi kimi göstəriblər.

Vasitəçilər razılaşmanın əldə olunması üçün hər iki tərəfə təzyiq göstərirlər. CNN-in məlumatına görə, qarşıdakı bir neçə gün proses baxımından həlledici ola bilər.

Bununla yanaşı, danışıqların üzərində ABŞ-nin müzakirələri dayandıraraq yenidən hərbi əməliyyatlara qayıtmaq ehtimalı da qalır.

Poliqon.info

Избранный
26
39
poliqon.info

10Источники