ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
"South China Morning Post" qəzetinin məlumatına görə, Çində növbəti 10 il ərzində əhalinin sayı təxminən 60 milyon nəfər azalacaq ki, bu da təxminən Fransanın (68,5 milyon) əhalisi ilə müqayisə oluna bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə "Rhodium Group"un hesabatına istinad edilib.
Azalmanın əsas səbəblərindən biri doğum göstəricisinin kəskin düşməsidir — 2025-ci ildə yalnız 7,92 milyon uşaq doğulacaq ki, bu 2024-cü illə müqayisədə 17% azdır. Eyni zamanda, Çin əhalisinin sayı artıq dördüncü ildir ki, azalmaqdadır. Digər mühüm amillər arasında həyat xərclərinin artması və cəmiyyətdə münasibətlərin dəyişməsi qeyd olunur.
Tədqiqatda vurğulanır ki, Çin Xalq Respublikasındakı demoqrafik tənəzzül artıq ölkə iqtisadiyyatına təsir göstərməyə başlayıb. Belə ki, 2025-ci ildə sosial təminat fondlarına büdcə subvensiyaları rekord səviyyəyə — 2,5 trilyon yuan ($425 milyard), yəni ölkə büdcəsinin ümumi xərclərinin 10,1%-i qədər çatacaq. Cari demoqrafik meyillər davam edərsə, bu göstərici artmağa davam edəcək.
SCMP bildirir ki, Çin əmək bazarında yumşaq şərtlər və gəlirlərin artımının yavaşlaması depopulyasiya meyllərini gücləndirəcək. "Rhodium Group" isə xəbərdarlıq edir ki, əhalinin azalması nəticəsində kredit həcmində və faiz dərəcələrində azalma müşahidə olunacaq.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.