RU

Telegram 105 mindən çox kanal və qrupu bloklayıb

Banco.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

"Telegram" platformasında qaydaların sərtləşdirilməsi fonunda kütləvi bloklamalar davam edir.

Banco.az xəbr verir ki,  bu barədə messengerin veb saytında yenilənmiş statistikada qeyd edilib.

"Telegram" dünya üzrə təxminən 105.500 kanal və qrupu bloklayıb.

Yenilənmiş statistikaya əsasən, 2026-cı ilin əvvəlindən bəri ümumilikdə 13,7 milyondan çox kanal və qrup silinib.

Son bir həftə ərzində isə bu rəqəm xüsusilə diqqət çəkir — təxminən 635 min kanal və qrup bloklanıb.

Məlumata görə, messenger tarixində ən böyük bloklama 1 yanvar 2026-cı ildə qeydə alınıb. Həmin gün təxminən 543 min kanal və qrup platformadan silinib.

Statistikaya əsasən, 2026-cı ilin ilk rübündə bloklanan kanal və qrupların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 51% artıb. Ümumilikdə isə 2025-ci ildə platforma qaydalarını pozan kanal və qrupların sayı 2024-cü illə müqayisədə 2,7 dəfə artaraq 44 milyonu keçib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
9
banco.az

10Источники