RU

Başqa ölkənin serialına baxanları edam edirlər

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Şimali Koreyada xarici filmlərə baxanlar və siyasi tənqidlə çıxış edənlər üçün ölüm hökmü artıq kütləvi xarakter almağa başlayıb.Demokrat.az xəbər verir ki, bu barədə AFP agentliyinin yayımladığı yeni hesabatda bildirilir.Pxenyan administrasiyasının 2020-ci ilin yanvarından etibarən tətbiq etdiyi qatı təcrid siyasəti ölkədə insan haqları ilə bağlı vəziyyəti daha da pisləşdirib. Son beş il ərzində edamların sayı əvvəlki dövrlə müqayisədə iki dəfədən çox artıb, ölüm hökmünə məhkum edilənlərin sayı isə üç dəfə yüksəlib.Yüzlərlə şimali koreyalı qaçqının verdiyi məlumatlara əsaslanan araşdırma göstərir ki, xüsusilə Cənub Koreya istehsalı olan serial, film və musiqilərə maraq göstərənlər ən ağır şəkildə cəzalandırılır. Bununla yanaşı, dövlət başçısı Kim Çen Inın siyasətini tənqid edən şəxslərə qarşı da repressiyalar güclənib.Ekspertlər hesab edir ki, rejimin bu addımları daxili narazılığın qarşısını almaq üçün tətbiq edilən qorxu siyasətinin bir hissəsidir.Hesabatda qeyd olunan 144 edam hadisəsinin təxminən dörddə üçü ictimaiyyət qarşısında həyata keçirilib. Bu şəxslərin əksəriyyəti güllələnərək öldürülüb. Hazırda ölkədəki dörd siyasi məhbus düşərgəsində 65 minə yaxın insanın ağır şəraitdə saxlanıldığı və məcburi əməyə cəlb edildiyi bildirilir.Birləşmiş Millətlər Təşkilatının rəsmiləri son on ildə Şimali Koreyada azadlıqların daha da məhdudlaşdırıldığını və vəziyyətin getdikcə pisləşdiyini təsdiqləyir.İslam

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
42
21
demokrat.az

10Источники