RU

Neftçi yə qarşı matç Qarabağ ın legioneri üçün əlamətdar oldu

ain.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kevin Medina “Qarabağ”ın heyətində 200-cü oyununu keçirib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, kolumbiyalı müdafiəçinin yubileyi Misli Premyer Liqasının XXIX turunun “Neftçi” ilə görüşünə (5:1) təsadüf edib. O, 200 matçda 6 qola imza atıb.

Bu görüş Kevinin çempionatda 117-ci (3 qol) oyunu olub. O, avrokuboklarda 69 (3 qol), ölkə kubokunda 14 dəfə meydana çıxıb. Qeyd edək ki, cənubi amerikalı 2020-ci ilin yayından “Qarabağ”da forma geyinir.

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
10
sportal.az

10Источники