RU

Rusiyada Ermənistanın “Cermuk” mineral suyunun satışı dayandırıldı

Rusiyanın dövlət markalama sistemi “Çestnıy znak” Ermənistan istehsalı olan “Cermuk” mineral suyunun bir partiyasının satışını dayandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə RBC-yə Perspektiv Texnologiyaların İnkişafı Mərkəzinin baş direktorunun müavini Revaz Yusupov bildirib.

Onun sözlərinə görə, söhbət dövriyyədə olan təxminən 338 min butulkadan gedir. Həmin məhsullar yoxlama başa çatanadək bloklanıb və istehlakçılara satılmayacaq.

Məlumata görə, satışdan çıxarılan məhsulların istehsal tarixləri 17 fevral 2026 və 5 mart 2026 kimi göstərilir.

Yusupov bildirib ki, yoxlama tamamlanana qədər bu su alıcıların əlinə keçməyəcək.
 

Satışın dayandırılmasına səbəb kimi Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin məktubu göstərilir. Məktubda Rusiya vətəndaşlarının həyat və sağlamlığına mümkün zərərin qarşısının alınması üçün təcili tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.


Qeyd edək ki, “Çestnıy znak” sistemi daha əvvəl də “Cermuk” mineral suyunun satışını dayandırmışdı.

2024-cü ildə Şimali Osetiyada bir sakin “Cermuk” butulkasından mineral su əvəzinə sirkə turşusu içdikdən sonra dünyasını dəyişmişdi.

Həmin hadisədən sonra Rusiyada bu markaya aid milyonlarla butulkanın satışı müvəqqəti bloklanmışdı.

Bizim.Media

Избранный
23
50
bizim.media

10Источники