RU

Çexiya-Azərbaycan münasibətlərinin institusional bazası kifayət qədər möhkəmdir- ÖZƏL

"Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasət kursunda yaxın və uzaq coğrafiyalarda yerləşən ölkələrlə strateji tərəfdaşlıq münasibətlərinin qurulması xətti xüsusi yer tutur. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bu davamlı kursun uğurla reallaşdırılmasının nəticəsidir ki, hazırda respublikamızın həm geniş İslam coğrafiyasınmda, həm də Avropa İttifaqı məkanında çoxlu sayda strateji tərəfdaşlıq münasibətləru qurduğu ölkələr var. Belə ölkələrdən biri də Avropa İttifaqının üzvü olan Çex Respublikasıdır. Çex Respublikasının Baş naziri Andrey Babiş ölkəmizə rəsmi səfəri inkişaf edən qarşılıqlı əlaqələrin göstəricisidir". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib: "Aprelin 27-də Qəbələdə Prezident İlham Əliyevlə Baş nazir Andrey Babişin görüşündə bir sıra məsələlərlə bağlı önəmli müzakirələr aparılıb. Çex Respublikası Azərbaycanın müstəqilliyini 8 yanvar 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 27 yanvar 1993-cü ildə qurulub. Qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişafına dövlət başçılarının səfərləri güclü impuls verir. İndiyədək Azərbaycan Prezidentinin Çexiyaya 5 səfəri baş tutub. Sonuncu səfər (işgüzar) Prezident İlham Əliyev tərəfindən 6-7 oktyabr 2022-ci il tarixlərində həyata keçirilib. Öz növbəsində Çexiya Prezidentinin Azərbaycan 2 rəsmi səfəri baş tutub. Sonuncu səfər Miloş Zeman tərəfindən 15-17 sentyabr 2015-ci il tarixlərində reallaşdırılıb. Bundan başqa, hər iki ölkənin digər yüksəksəviyyəli rəsmilərinin də tez-tez qarşılıqlı səfərləri baş tutur. Parlamentlərarası əlaqələr də yüksək səviyyədədir. Milli Məclisdə Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu, həmçinin Çexiya parlamentinin Deputatlar Palatasında Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Çexiya-Azərbaycan münasibətlərinin institusional bazası kifayət qədər möhkəmdir. 2011-ci ildən fəaliyyət göstərən iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya bu münasibətlərin institusional əsasını təşkil edir. 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edib. Bu sənəd yalnız siyasi deyil, həm də iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yol xəritəsi rolunu oynayıb. Eyni zamanda, beynəlxalq hüququn əsas prinsiplərinə, o cümlədən ərazi bütövlüyünə dəstək bu tərəfdaşlığın dəyərlər əsaslı olduğunu göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
82
3
olaylar.az

6Источники