Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Neftçi” klubu 13 min manat cərimələnib.
KONKRET.az xəbər verir ki, buna səbəb Misli Premyer Liqasının XXIX turunda “Qarabağ”la oyunda olanlardır.
Matçın 90+3-cü dəqiqəsində komandanın azarkeşləri tərəfindən meydana kənar əşyalar atılıb. Bu hal cari mövsümdə altıncı dəfə təkrarlandığına görə “ağ-qaralar” 5 000 manat ödəyəcək.
Bundan əlavə, fanatlar kütləvi şəkildə təhriqamiz ifadələr səsləndirdikləri üçün klubu 8 000 manat ziyana salıblar. Bu hal mövsümdə səkkizinci dəfə yaşanıb.
“Qarabağ” isə tərəfdarların pirotexniki vasitədən istifadəsinə görə 7 000 manat cərimələnib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.