RU

Avropa Liqası: "Nottinqem Forest" "Aston Villa"ya, "Braqa" "Frayburq"a qarşı

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Teleqraf xəbər verir ki, "Nottinqem Forest" evdə "Aston Villa"nı, "Braqa" isə "Frayburq"u qəbul edəcək.

Hər iki qarşılaşmaya Bakı vaxtilə saat 23:00-da start veriləcək.

İngiltərə Premyer Liqası təmsilçilərinin duelini Joao Pinherio, "Braqa" - "Frayburq" qarşılaşmasını isə Antoni Teyler idarə edəcək.

Komandalar arasında cavab oyunu mayın 7-də keçiriləcək.

Избранный
48
7
teleqraf.com

10Источники