RU

Böyük Britaniya və 9 Avropa ölkəsi yeni hərbi dəniz birliyi yaradır

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Böyük Britaniya və daha 9 Avropa ölkəsi Şimali Avropada NATO qüvvələrini tamamlayacaq birgə hərbi-dəniz qüvvələrinin yaradılması barədə razılığa gəlib.

Milli.Az xəbər verir ki, "The Guardian" nəşrinin yazdığına görə, bu barədə Böyük Britaniya Kral Hərbi Dəniz Donanmasının rəhbəri Qvin Cenkins məlumat verib.

O bildirib ki, yeni birlik şimal dəniz sərhədindən gələcək mümkün təhdidlərin qarşısını almaq məqsədi daşıyır.

Məlumata əsasən, birliyə Danimarka, Finlandiya, İslandiya, Norveç, Niderland, İsveç və Baltik ölkələri qoşulacaq. Tərəflər birgə hazırlıq və təlimlər keçirəcəklər.

Bildirilir ki, zərurət yaranacağı halda birgə qüvvələrin idarə olunması Böyük Britaniya Silahlı Qüvvələrinin qərargahından həyata keçiriləcək. ABŞ-ın bu birliyə daxil olmayacağı, Kanadanın iştirakı imkanının isə nəzərdən keçirildiyi qeyd olunub.

Ayxan

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
47
50
news.milli.az

10Источники