RU

1 kivi yeməyin bilinməyən faydası

Gündəlik bir neçə ədəd Kivi yeməyin sağlamlığa təsiri ilə bağlı yeni nəticələr açıqlanıb.Metbuat.az xəbər verir ki, mütəxəssislərin araşdırmasına görə, kivi müntəzəm istifadə edildikdə həzm sistemini yaxşılaşdırır və bağırsaq fəaliyyətini sürətləndirir. Bildirilir ki, bu meyvənin tərkibində olan lif və fermentlər qidanın daha rahat mənimsənilməsinə kömək edir. Araşdırmada qeyd olunur ki, kivi həm də güclü C vitamini mənbəyidir və immun sistemini dəstəkləyir. Bundan əlavə, onun tərkibindəki antioksidantlar orqanizmdə iltihabı azalda bilər.

Mütəxəssislər bildirir ki, xüsusilə axşam saatlarında 1-2 ədəd kivi yemək yuxu keyfiyyətinə də müsbət təsir göstərə bilər. Bununla belə, allergiyası olan şəxslərə ehtiyatlı olmaq tövsiyə olunur.

Избранный
5
7
metbuat.az

10Источники