RU

WSJ: ABŞ yeni təklifi müzakirə etməyə açıq olarsa, İran danışıqlara hazırdır

Bakı, 2 may, AZƏRTAC

İran vasitəçilərə bildirib ki, Vaşinqton İslam Respublikasının son razılaşma təklifini nəzərdən keçirməyə hazır olarsa, gələn həftənin əvvəlində Pakistanda keçiriləcək danışıqlarda iştirak etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Tehranın əvvəlki təklifində ABŞ-nin hücumları dayandıracağı və İran limanlarına tətbiq edilən blokadanı qaldıracağı təqdirdə, Hörmüz boğazının açılması şərtlərinin müzakirə oluna biləcəyi qeyd olunub.

Nəşrin iddiasına əsasən, İran, həmçinin ABŞ sanksiyalarının yumşaldılması müqabilində nüvə proqramı ilə bağlı məsələlərin müzakirəsinə də hazır olduğunu bildirib.

Избранный
152
50
azertag.az

10Источники