RU

ABŞ Yaxın Şərqdəki müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib

Bakı, 2 may, AZƏRTAC

ABŞ Dövlət Departamenti Yaxın Şərqdəki müttəfiqləri – İsrail, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinə 8,6 milyard dollardan çox dəyərində silah təsdiqlədiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında bildirilib: “İsrail hökumətinə “Qabaqcıl Dəqiq Zərbə Silahı Sistemi” (APKWS) və əlaqəli avadanlıqların potensial satışı təsdiqlənib. Layihənin ümumi dəyəri 992,4 milyon dollar olaraq qiymətləndirilir”.

Sənədə əsasən, APKWS sistemlərinin Qətərə 992,4 milyon dollar, Birləşmiş Ərəb Əmirliklərinə isə 147,6 milyon dollar dəyərində satışı da təsdiqlənib.

Bundan əlavə, Dövlət Departamenti Qətərə 4,01 milyard dollar dəyərində “Patriot” hava və raketdən müdafiə sistemi və əlaqəli avadanlıqların satışına icazə verib.

Küveytə isə inteqrasiya olunmuş döyüş idarəetmə sistemi və əlaqəli avadanlıqların mümkün satışı təsdiqlənib. Bu layihənin ümumi dəyəri 2,5 milyard dollar olaraq qiymətləndirilir.

Bəyanatda qeyd olunur ki, bu qərarlar ABŞ-ın milli təhlükəsizlik maraqları baxımından həmin müdafiə məhsulları və xidmətlərinin təcili satışını tələb edən fövqəladə vəziyyətə əsaslanaraq qəbul edilib.

Избранный
38
14
azertag.az

10Источники