RU

Meloni yaxın günlərdə Bakıya gələcək

"Giorgia Meloni yaxın günlərdə Bakıya səfər edəcək. Bu, onun Əlcəzair və Fars Körfəzi ölkələrini əhatə edən “enerji turu”nun növbəti mərhələsidir". Metbuat.az xəbər verir ki, bunu "Formiche.net" nəşrinə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

Əmirbəyovun sözlərinə görə, Azərbaycan ilə İtaliya arasında enerji əməkdaşlığının strateji əhəmiyyəti Hörmüz boğazı böhranından sonra daha da aydın görünür. Bundan əlavə o, bildirib ki, belə bir zamanda Trans-Adriatik Boru Kəməri (TAP) sayəsində Cənub Qaz Dəhlizi artıq Avropa üçün əsas diversifikasiya marşrutlarından birinə çevrilib.

Избранный
15
4
metbuat.az

7Источники