“Sumqayıt” Azərbaycan Premyer Liqasının 30-cu turunda “Kəpəz”lə qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən oyundan sonra “kimyaçılar”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev 1:2 hesabı ilə məğlub olduqları matçın hakim idarəçiliyindən şikayətlənib.
Klub rəsmisi mətbuat konfransında bunu deyib:
“Bu vaxta qədər heç vaxt hakimliklə bağlı geniş etirazımız olmayıb. Düşünmüşük ki, hakim də insandır.
Amma bu hallar təkrarlandığına görə klub olaraq etirazımızı bildirəcəyik. Görürük ki, danışmayana “pəpə” yoxdur”.